Teymur Rəcəbov “Kings” turnirində 4-cü oldu

Teymur Rəcəbov “Kings” turnirində 4-cü oldu

Rumıniyanın Buxarest şəhərində şahmat üzrə "Kings" beynəlxalq turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışın son turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Fabiano Karuana (İtaliya) ilə qarşılaşıb. Heç-heçə ilə bitən oyun rəqibinin çempion, şahmatçımızın isə 4-cü olması ilə nəticələnib.
Belə ki, son turda aktivinə daha 0,5 xal əlavə edən F.Karuana 5 xalla əlçatmaz olub. 2-ci yeri Vanq Hao (Çin, 4,5 xal), 3-cü pilləni Liviu-Diter Nisipyanu (Rumıniya) tutub. 3,5 xalla 4-cü olan T.Rəcəbov isə yalnız Ruslan Ponomaryovu (Ukrayna, 3) qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə