Hafiz Məmmədov “Golden Foot”un təqdimetmə mərasiminə qatılıb

Hafiz Məmmədov “Golden Foot”un təqdimetmə mərasiminə qatılıb

Xəbər verdiyimiz kimi, "Golden Foot" mükafatının sponsoru "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) olub. Siasport.az saytının məlumatına görə, Monakoda keçirilən qala-gecədə "Bakı" klubunun prezidenti Hafiz Məmmədov da iştirak edib. Həmçinin "Lans"ın prezidenti Jerve Martel, Monako knyazı 2-ci Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles təqdimetmə mərasiminə qatılıb.

Qala-gecədən sonra Hafiz Məmmədov "Golden Foot"un qalibi Didye Droqba ilə görüşərək futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə