Ənənəvi olaraq keçirilən "Golden Foot" (Qızıl Ayaq) mükafatının bu il üçün qalibi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, yaşı 28-dən az olmayan futbolçulara verilən mükafat bu dəfə "Qalatasaray"ın hücumçusu Didye Droqbaya qismət olub. O, səsvermənin finalında Kriştiano Ronaldo və ötən mövsüm futbolçu karyerasını başa vuran Devid Bekhemi qabaqlayıb. Droqbanın birinciliyi qazanmasında Türkiyədən verilən səslər böyük rol oynayıb. Ümumilikdə bu ilki mükafatı qazanmaq uğrunda 10 futbolçu yarışa qatılıb.
Xüsusi olaraq vurğulayaq ki, Avropanın ən nüfuzlu mükafatlarından olan "Qızıl Ayaq"ın baş sponsoru "Land of Fire Azerbaijan" ( Odlar Yurdu Azərbaycan) olub.
Xatırladaq ki, bundan əvvəlki mükafatı PSJ-nin futbolçusu Zlatan İbrahimoviç qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB