Azərbaycan Super Liqasının yeni mövsümünə start verilib

Azərbaycan Super Liqasının yeni mövsümünə start verilib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yeni mövsümünə start verilib. Siasport.az saytının məlumatına görə, bu gün üç qarşılaşma keçiriləcək.
Azərbaycan Super Liqasının 2013/2014 mövsümünün açılış matçında son illərin dəyişməz çempionu "Rabitə" klubu "Telekom" komandası ilə üz-üzə gələcək. Ardınca "Azəryol" komandası "Azərreyl"lə oynayacaq.
Turun son görüşü isə ilk iki matçla müqayisədə daha maraqlı olacaq. Həmin qarşılaşmada "İqtisadçı" "Lokomotiv"lə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə