İngiltərə millisi almanlarla qarşılaşacaq

İngiltərə millisi almanlarla qarşılaşacaq

Futbol üzrə İngiltərə milli komandası gələn il Braziliyada keçiriləcək Dünya çempionatına vəsiqəni təmin etdikdən sonra, artıq gücünü bir neçə yoxlama oyununda sınamağa qərar verib. Siasport.az saytı xəbər verir ki, ingilislər bu il 2 yoldaşlıq qarşılaşması keçirmək qərarına gəliblər. Futbolun yaradıcıları, artıq ilk rəqiblərini də müyyənləşdiriblər. Belə ki, "dumanlı albiom" təmsilçiləri futbol üzrə Almaniya millisi ilə "duelə" çıxacaqlar. İngilis mətbuatı yazır ki, yoldaşlıq görüşü keçirnəklə bağlı artıq hər iki ölkənin futbol qurumları arasında ilkin razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə