Gənc cüdoçularımız dünya birinciliyində mübarizə aparacaqlar

Gənc cüdoçularımız dünya birinciliyində mübarizə aparacaqlar

Oktyabrın 23-dən 27-dək Sloveniyanın paytaxtı Lyublyanada gənc cüdoçular arasında dünya birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda ölkəmizi cüdo üzrə milli komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 10 idmançıdan ibarət heyət təmsil edəcək.
Heyətdə Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi - 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfarli, Hüseyn Rəhimli (73 kq), Abdulhaqq Rəsullu, Məmmədəli Mehdiyev (81 kq) və Firudin Dadaşov (90 kq) yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə