Məlum olduğu kimi keçən həftə keçirilən oyunlarla "DÇ-2014"ün seçmə mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, artıq gələn il Braziliyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan 21 komandanın kimliyi müəyyənləşib. Avropa zonasından 9, Cənubi Amerikadan 6, Şimali Amerikadan 2, Asiya qitəsindən isə 4 komanda dünya çempionatında iştirak etmək hüququ qazanıb. Yerdə qalan 11 komandanın kimliyinə noyabr ayında keçiriləcək pley-off matçlarından sonra aydınlıq gələcək. Avropa zonasından "pley-off" mərhələsində oynayacaq komandalar bunlardır: Fransa, Portuqaliya, Xorvatiya, İsveç, Yunanıstan, Ukrayna, Rumıniya və İslandiya. Bu mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Qeyd edək ki, pley-off mərhələsinin oyunları 15-20 noyabr aralığında keçiriləcək.
"DÇ-2014"ün pley-off oyunları:
13 noyabr
Meksika - Yeni Zellandiya
İordaniya - Uruqvay
20 noyabr
Yeni Zellandiya - Meksika
Uruqvay - İordaniya
16-17 noyabr
Nigeriya - Efiopiya
Seneqal - Fil Dişi Sahili
Kamerun - Tunis
Misir - Qana
Əlcəzair - Burkina Faso
19-20 noyabr
Efiopiya - Nigeriya
Fil Dişi Sahili - Seneqal
Tunis - Kamerun
Qana - Misir
Burkina Faso - Əlcəzair
| 2014 DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK 21 KOMANDA |
| KOMANDA | KONFEDERASİYA | QATILDIĞI SON TURNİR | ƏN YAXŞI UĞURU |
| Braziliya | Conmebol | 2010 | Çempionluq |
| Honduras | Conmebol | 2010 | Qrup mərhələsi |
| Çili | Conmebol | 2010 | Üçüncülük |
| Ekvador | Conmebol | 2006 | 1/8 final |
| Argentina | Conmebol | 2010 | Çempionluq |
| Kolumbiya | Conmebol | 1998 | 1/8 final |
| Hollandiya | UEFA | 2010 | İkincilik |
| İtaliya | UEFA | 2010 | Çempionluq |
| Belçika | UEFA | 2002 | Dördüncülük |
| Almaniya | UEFA | 2010 | Çempionluq |
| İsveçrə | UEFA | 2010 | 1/4 final |
| Rusiya | UEFA | 2012 | Qrup mərhələsi |
| İspaniya | UEFA | 2012 | Çempionluq |
| İngiltərə | UEFA | 2012 | Çempionluq |
| Bosniya - Herse | UEFA | - | - |
| Kosta Rika | Concacaf | 2006 | 1/8 final |
| ABŞ | Concacaf | 2010 | Üçüncülük |
| Yaponiya | AFC | 2010 | 1/8 final |
| Avstraliya | AFC | 2010 | 1/8 final |
| İran | AFC | 2006 | Qrup mərhələsi |
| Cənubi Koreya | AFC | 2010 | Dördüncülük |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB