İbrahim Sehiç: "Heç kimdən çəkinmirəm"

İbrahim Sehiç: "Heç kimdən çəkinmirəm"

"Ötən mövsüm "Mersin İdman Yurdu" Superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə "Qarabağ" klubu etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun yeni transferi İbrahim Sehiç deyib. O, yeni klubunda faydalı olmağa çalışacağını qeyd edib: "Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacağam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, "Qarabağ"a faydalı ola biləcəm. Ən böyük hədəfim isə "Qarabağ"da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə