“Xəzər Lənkəran” məşqlərini “Bayıl Arena”da davam etdirəcək.

“Xəzər Lənkəran” məşqlərini “Bayıl Arena”da davam etdirəcək.

"Xəzər Lənkəran" artıq üç gündür ki, paytaxtda məskunlaşaraq "Simurq"la matçın hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" Qurban bayramı günlərində də məşqlərinə fasilə verməyib.
İlk gün keçmiş "Neftçi-baza"da məşqlərinə start verən komanda sonrakı iki gündə İdman Akademiyasının təbii qazonu olan meydançasında gündə bir dəfə olmaqla hazırlığını davam etdirir.
Milli komandaların toplanışında olan futbolçular isə bu gündən etibarən heyətə qoşularaq məşqlərdə iştirak edəcəklər. Komandada zədəli futbolçuların yoxluğu məşqçilər korpusunu sevindirir. "Xəzər Lənkəran" hazırlıqlarını bu gün matçın keçiriləcəyi "Bayıl Arena"da davam etdirəcək.

Xatırladaq ki, "Simurq" -"Xəzər Lənkəran" oyunu Zaqatala şəhər stadionu təmirdə olduğundan Bakıda, "Bayıl Arena"da keçiriləcək. Matç oktyabr ayının 19-u saat 17:00 start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə