"Atletiko"nun qapıçısı özündən yaman razıdır...

"Atletiko"nun qapıçısı özündən yaman razıdır...

"Atletiko" (Madrid) klubunda icarə əsasında forma geyinən Tibo Kurtua, sən demə özündən əməlli-başlı razı birisidir. Siasport.az saytı xəbər verir ki, "AS" qəzetinə açıqlama verən 21 yaşlı belçikalı qolkiper özünü dünyanın ən yaxşı beş qapıçısından biri hesab edir: "Çox yaxşı formadayam. Dünyanın ən yaxşı beş qapıçısı sırasında özümü də görürəm". Belçikalı futbolçu Madrid klubunda özünü daha yaxşı hiss etdiyini və burada daha da təkmilləşdiyini bildirib: "Bura mənim üçün hər cəhətdən yaxşı oldu. Özümü burada rahat hiss edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə