"Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı"

"Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı"

Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqov, Rüfət Dadaşov və Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransında iştirak ediblər. Siasport.az saytı futbolçuların səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Rəşad Sadıqov: "Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik. Bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz".

Ruslan Abışov: "Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik.

Rusiya futbolunun səviyyəsi çox yüksəkdir. Atletik futbol oynayırlar. Onlara qarşı mübarizə aparmaq bizim üçün asan olmayacaq".

Rüfət Dadaşov: "Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq. Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın".

Bütün xəbərlər Facebook səhifəmizdə