Rəşad Sadıqov satqın Səmədovun cavabını verdi!

Rəşad Sadıqov satqın Səmədovun cavabını verdi!

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı olan Rəşad Sadıqov, Rusiya millisinin "azərbaycanlı" müdafiəçisi Aleksandr Səmədov barədə maraqlı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, özünü əsl satqın kimi aparan A.Səmədov, Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan millisinin futbolçularına "yerlərini göstərəcəyi" barədə ədəbsiz açıqlamalar verib. O, rusların "gözünə" girmək üçün Bakıda var gücü ilə mübarizə aparacağını, özünəinam hissi güclü olan milli futbolçularımızı cəzalandıracağını elan edib. R.Sadıqov hesab edir ki, o bu ədəbsiz açıqlamasına görə elə meydanda cavab verməli olacaq: "Təəssüf ki, Aleksandr Səmədovla meydanda üz-üzə gələcəyik. Onu Səmədov kimi adlandırmaq istəməzdim. O mənim üçün sadəcə Aleksandrdır. Əgər kimsə öz gücünə inanırsa, bunu meydanda göstərməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə