Futbol kralı Pele, maraqlı qalmaqalla üzləşib. Siasport.az saytı, "Diario de Sao Paulo"ya istinadən xəbər verir ki, canlı futbol əfsanəsi öz nəvələri tərəfindən məhkəməyə verilib. Bu barədə 13 və 15 yaşlı yeniyetmələrin vəkili açıqlama verib. Vəkil bidlirib ki, Pele öz nəvələri ilə görüşdən imtina edir. Məşhur futbolçu 2006-cı ildə döş xərçəngindən dünyasını dəyişən qızı Sandra Reginanın Oktavio və Qabriel adlı oğullarını sonuncu dəfə 2011-ci ildə görüb. İddia ərizəsinə əsasən, nəvələri Peledən tibbi sığorta və təhsil xərcləri üçün kompensasiya haqqı kimi hərəyə 6 min dollar ödəməsini tələb ediblər. Məhkəmə isə qərar çıxarıb ki, Pele hər nəvəsinə 760 dollar ödəməlidir. Amma yekun qərar noyabrda veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB