Valeri Karpin Rusiya-Azərbaycan görüşü barədə danışdı

Valeri Karpin Rusiya-Azərbaycan görüşü barədə danışdı

Moskva "Spartak"ının baş məşqçisi Valeri Karpin, yenə bədbin proqnozları ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, bu mütəxəssis Rusiya yığmasının dünya çempionatının final mərhələsinə yollanmaq şanslarını dəyərləndirib. V.Karpin bunun üçün Rusiya millisinin həm Lüksemburq, həm də Azərbaycanla görüşlərdə qələbə qazanmalı olduğunu bildirib: "Lüksemburq və Azərbaycanla oyunlardan nə gözləyirəm? Yalnız 6 xal. Niyə belə əminəm? Çünki komandamız bütün göstəricilərdə rəqiblərini üstələyir. Dünya çempionatına yollanmaq istəyiriksə, hər iki oyunda mütləq qələbə qazanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə