Futbol üzrə Topaz Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, əsas milli komandamızın oyunları səbəbindən tam heyətlə çalışa bilməyən komandada aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir. Ağdam təmsilçisinin rəsmi saytının yaydığı məlumata əsasən, baş məşqçi Qurban Qurbanov adətən milli oyunlar zamanı yaranmış boşluq zamanı gəncləri sınamaqla onların potensialını yoxlayır. Bu dəfəki çalışmaya gənc mütəxəssis daha 4 futbolçunu dəvət edib. 16 yaşlı Eltun Turabov U-19 və əvəzedici komandada da çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB