Qurban Qurbanovdan gənclərə etimad

Qurban Qurbanovdan gənclərə etimad

"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, millinin oyunları səbəbindən tam heyətlə çalışa bilməyən komandada aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir. Daim gəncləri diqqət mərkəzində saxlayan baş məşqçi Qurban Qurbanov adətən millinin oyunları zamanı yaranmış boşluqda gəncləri sınamaqla onların potensialını yoxlayır.
Bu dəfəki çalışmaya Q.Qurbanov daha 4 futbolçu dəvət edib. 16 yaşlı Eltun Turabov U-19 və əvəzedici komandada da çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə