Mingəçevirdə seminar keçiriləcək

Mingəçevirdə seminar keçiriləcək

Oktyabrın 12-də Mingəçevir şəhərində Həvəskarlar Liqasının oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçiriləcək. Siasport.az saytının məlumatına görə, Hakim-İnspektorlar Komitəsinin məsləhətçisi Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə keçiriləcək seminarda Mingəçevir, Gəncə, Tovuz, Ağstafa, Yevlax və Qax rayonunu təmsil edən 16 hakim-inspektor iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə