Azərbaycan milli komandası seçkidə iştirak edib

Azərbaycan milli komandası seçkidə iştirak edib

2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə keçirəcəyi oyunlarla əlaqədar oktyabrın 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının üzvləri Prezident seçkisində iştirak edərək səs veriblər. Siasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciətinə əsasən 36 saylı Xətai dördüncü seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə səs veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə