Adil Rami "Valensiya"nı "Milan"a dəyişir?

Adil Rami "Valensiya"nı "Milan"a dəyişir?

"Valensiya" futbol klubu daha bir itki ilə üz-üzə qalıb. Siasport.az saytı İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, klubun müdafiəçisi Adil Rami qışda komandasını tərk edəcək. Belə ki, məlumata əsasən fransız futbolçu yanvar ayından "Milan"da çıxış edəcək. "AS" iddia edir ki, artıq klublar 27 yaşlı futbolçunun keçidi barədə razılığa gəliblər. Lakin Rami "Milan"da icarə əsasında oynayacaq. Bununla belə, Milan təmsilçisi özünü doğruldacağı təqdirdə Mərakeş əsilli futbolçu ilə 4 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Rami 2011-ci ildə "Lill"dən "Valensiya"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə