Rusiyanın əməkdar məşqçisi, Moskva "OMİK"i ilə UEFA Kubokunu qazanan Valeri Qazzaev, gələn həftə keçiriləcək futbol üzrə Rusiya-Azərbaycan qarşılaşması ilə bağı maraqlı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, "Sport-ekspress"ə müsahibəsində tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin lüksümburqdan daha güclü hesab etdiyini elan edib: "Mənim heç bir şübhəm yoxdur ki, Rusiya millisi Lüksemburq və Azərbaycanla oyunda 6 xal qazanacaq. Çünki bizim komandamız rəqibləri hər cəhətdən üstələyir. Futbolçularımız yaxşı formadadırlar. Həm də onlar hər iki oyunda 3 xalın bizə nə dərəcə vacib olduğunu yaxşı başa düşürlər. Digər baxımdan, bu iki komanda arasında ele də çox fərq görmürəm. Azərbaycan millisi Lüksemburqdan güclü ola bilər. Ancaq heç biri bizim üçün təhlükəli rəqib deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB