Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" komandası təlim-məşq toplanışı keçirmək üçün səhər saatlarında Gürcüstana yola düşüb. Siasport.az saytının məlumatına görə, komanda paytaxt Tbilisi şəhərində "Golden Palace" otelində məskunlaşıb. Kaxaber Tsxadadzenin yetirmələri bu gün Bakı vaxtı ilə saat 18.00-da məşqə çıxacaqlar.
Əlavə edək ki, komanda toplanış çərçivəsində yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Rəqib komandanın adı tezliklə məlum olacaq.
Qeyd edək ki, "İnter" oktyabrın 13-də Vətənə qayıdacaq və növbəti turun oyununa "Şəfa" stadionunda hazırlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB