"Hazırlıq yaxşı keçir. Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçi də məşq prosesinin gedişindən razıdır. Qaldı ki oyunlara, Şimali İrlandiya millisi ilə matç çox çətin keçəcək". Siasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın üzvü Rüfət Dadaşov Şimali İrlandiya yığması ilə oyunöncəsi deyib. Futbolçu rəqibin aqressiv oynadığını bildirib: "Rəqib aqressiv futbol üslubuna üstünlük verir. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Rusiya yığması ilə oyun da vacibdir. Doğma meydanda keçirəcəyimiz hər iki oyunda maksimum xal toplamaq istəyirik.
Son aylarda yaxşı formadayam. Millinin heyətində qolu kimin vurması vacib deyil, əsas komandanın qələbə qazanmasıdır".
:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB