Azərbaycan - Şimali İrlandiya oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan millimizin üzvü Əfran İsmayılov açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, meydandan maksimum nəticə ilə ayrılmağa çalışacaqlarını deyib: "Şimali İrlandiya yığması ilə səfər oyununda heç-heçə etmişik. Ancaq bu nəticə bizi aldatmamalıdır. Çətin komandadır. Bütün diqqətimizi həmin oyuna yönəltmişik. Azarkeşlərimiz qarşısında oynadığımızdan, çalışacağıq ki, meydandan maksimum nəticə ilə ayrılaq. Xallar bizə çox lazımdır. Keçirdiyimiz oyunlarda çox xallar itimişik. Artıq itiriləsi xalımız yoxdur. Cari seçmə mərhələdə son iki rəsmi oyundur. Maksimum xal qazanmaq üçün mübarizə aparacağıq.
Milliyə çağırılmaq hər bir futbolçu üçün qürurdur. Mən də millinin üzvü olduğuma görə qürur hissi keçirirəm. Əlimdən gələni edəcəyəm ki, komandamız yaxşı nəticə qazansın.
Ancaq qələbə haqda düşünürük. Şimali İrlandiya yığması ilə qarşılaşma çox vacibdir. Qələbə qazansaq, Rusiya millisi ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB