Rauf Əliyev: "Əlimdən gələni edəcəyəm ki..."

Rauf Əliyev: "Əlimdən gələni edəcəyəm ki..."

"Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır". Siasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın üzvü Rauf Əliyev Şimali İrlandiya yığması ilə oyunöncəsi deyib. Futbolçu matça böyük istəklə hazırlaşdıqlarını qeyd edib: "Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzublar. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşırlar.

İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım.

Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə