Mahir Şükürov: "Bu matçda qalib gəlməyə borcluyuq"

Mahir Şükürov: "Bu matçda qalib gəlməyə borcluyuq"

"Bilirik ki, qarşıda iki vacib oyunumuz var. Ona görə də məşqlərdə nə gücümüz varsa ortaya qoyuruq ki, oyunlar zamanı bizim üçün asan olsun". Siasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın üzvü Mahir Şükürov Şimali İrlandiya yığması ilə oyun haqda danışarkən deyib. O, matçın çətin keçəcəyini bildirib: "Şimali İrlandiya güclü komandadır. Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq.

Rusiya yığması da güclü rəqibdir. İstəyirik ki, onları da büdrədək və bununla da, 2 il əvvəl Rusiya yığmasına qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək.

Bilirik ki, Şimali İrlandiya millisi ilə oyunda qalib gəlməsək, qrupda sonuncu yeri tuta bilərik. Ona görə də istəyirik ki, qalib gəlib, 8 xal toplayaq və yuxarı pillələrə qalxaq".

Bütün xəbərlər Facebook səhifəmizdə