Oktyabrın 11-dən 13-dək Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə respublika seçim turnirinin final mərhələsi başlayacaq. Siasport.az saytının məlumatına görə, yeniyetmələrin yarışında 1997-1998-ci il, gənclərin yarışında isə 1994-1996-cı il təvəllüdlü güləşçilər mübarizə aparacaqlar.
Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcəklər. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Oktyabrın 14-15-də isə gənclər arasında "Hünər meydanı" respublika seçim turniri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB