Şahin Diniyev oktyabrın 10-da mətbuat konfransı keçirəcək

Şahin Diniyev oktyabrın 10-da mətbuat konfransı keçirəcək

"Rəvan"ın yeni baş məşqçisi Şahin Diniyevin keçirəcəyi mətbuat konfransının vaxtı və məkanı bəlli olub. Siasport.az saytı xəbər verir ki, milli komandamızın sabiq baş məşqçisi, oktyabrın 10-da media nümayəndələrini maraqlandıran sualları cavablandıracaq. Tədbir "Bayıl Arena"nın mətbuat konfransı zalında baş tutacaq. Konfrans saat 12:00-da başlayacaq. Qeyd edək ki, Şahin Diniyev bu gün rəsmən "Rəvan"ın baş məşqçisi təyin olunub. O, "sarı-qırmızılılar"la 2,5 illik müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə