Cüdo üzrə klublararası Azərbaycan Kubokunun 5-ci dövrə yarışına yekun vurulub. Siasport.az saytının məlumatına görə, bu mərhələdə "Qəbələ" "İmprotex"lə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma "Qəbələ" cüdoçularının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra komanda 8 kollektiv arasında 3-cü yerə yüksəlib.
81 kq çəki dərəcəsində mübarizə aparan "Qəbələ"li cüdoçu Vasif Şərbətli 8-ci qələbəsini qazanmaqla rekord müəyyənləşdirib. O, cari mövsümdə məğlubiyyət acısı yaşamayıb.
Xatırladaq ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimal 10 idmançı (3 gənc və 7 böyük) ilə çıxış edir.
Beşinci dövrə yarışının nəticələri aşağıdakı kimidir:
1. KKTT 6 : 3 "Lokomotiv"
2. "Neftçi" 7 : 2 "Sərhədçi"
3. "Attila" 5 : 5 "Judo 2012" (50-37 xal hesabı ilə "Attila"nın xeyrinə )
4. "İmprotex" 4 : 6 "Qəbələ"
Klublararası Azərbaycan Kubokunun növbəti mərhələsi oktyabr ayının 13-ü baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB