Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Latviyanın 1-ci Divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Orxan Əliyevin vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0.
Xatırladaq ki, U-19 yığmamız oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Komandamız İrlandiya, Bosniya və Herseqovina və İsveç yığmalarıyla qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB