Futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində mübarizə aparan "Araz" qrupda sonuncu oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Rumıniyanın "Tarqu Mureş" klubu ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə yekunlaşıb. Təmsilçimizin heyətində Fabiano, Borisov və Davi fərqləniblər. Bu heç-heçədən sonra xallarının sayını 7-yə çatdıran "Araz" qrupu zirvədə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB