"Mançester Siti" "Everton"a aman vermədi

"Mançester Siti" "Everton"a aman vermədi

Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci turun qarşılaşmalarına start verilib. Siasportı.az saytı xəbər verir ki, "Mançester Siti" öz meydanında məğlubiyyət üzü tanımayan "Everton"u qəbul edib. Olduqca gərgin keçən qarşılaşmada Mançester şəhərinin təmsilçisi qonaqları 3:1 hesabı ilə məğlub edərək, Everton şəhərinə əliboş göndərib. Meydan sahiblərinin qollarını Diyeqo Maradonanın kürəkəni Serxio Ağuero və Negredo vurublar. "Everton"un yeganə qoluna isə, Lukaku imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə