"Milan"ın baş məşqçisi "Qalatasaray"ı aşağıladı

"Milan"ın baş məşqçisi "Qalatasaray"ı aşağıladı

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A seriyasında "Yuventus"la oyunöncəsi maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, "Milan"ın 46 yaşlı çalışdırıcısı "Qalatasaray" barədə xoşagəlməz fikirlər səslədirib: "Biz "Yuventus"un İstanbul klubuna qarşı bərabərə qalacağını düşünmürdük. Çünki qalib gəlməyə layiq idilər. "Yuventus" hələ də həm A Seriyası, həm də Çempionlar Liqasının favoritidir. Sadəcə olaraq "Qalatasaray"la oynadıqları matç anormal hesabla bitdi. Təkrar 100 matç oynasalar, 99-nu "Yuventus" qazanar". M.Alleqri bildirib ki, rəqib İstanbul klubu ilə oyundan istədiyini əldə edə bilmədiyi üçün onlarla qarşılaşmada daha aqressiv və istəkli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə