Futzal üzrə Azərbaycan yığması, milli komandaların reytinq siyahısında yenə geriləyib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığması 1362 xalla dünyanın 13-cü komandasıdır. Son reytinqdə 12-ci olan millimiz Xorvatiyanı irəli buraxıb. Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsindəki rəqiblərimizdən olan İtaliya planetin 3-cü komandası adını qoruyub – 1782 xal. 1321 xala malik Sloveniya isə 1 addım irəliləyərək 17-ci pilləyə yüksəlib. Siyahıya isə Braziliya (1982) və İspaniya (1975) milliləri başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB