Futbol üzrə Braziliya milli komandasının sabiq baş məşqçisi Karlos Dunqa, yenə qovulmaqla üzləşib. Siasport.az saytı xəbər verir ki, 49 yaşlı çalışdırıcı, ard-arda gələn məğlubiyyətlər üzündən Braziliyanın "İnternasyonal" komandasını da tərk etməli olub. Rəhbərlik onunla müqaviləni pozaraq istefaya göndərib. Belə ki, cari mövsüm baş məşqçi postuna təyin olunan 49 yaşlı mütəxəssis 25 turda ancaq 35 xal toplaya bilib. Bu göstəricinin arzuolunan olmadığını deyən rəhbərlik onu dərhal qovub. Qeyd edək ki, 2006 – 2010-cu illər ərzində Braziliya millisini çalışdıran Dunqa 2012-ci ildən bəri də "İnternasyonal"da idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB