Topaz Premyer Liqasının 9-cu turuna "Qarabağ" - "Bakı" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirən ağdamlılar yekunda 3 xalı qazanan tərəf olublar - 3:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Rəqibi təbrik edirəm. Komanda oturuşmuş heyətə malikdir. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə "hədiyyə" etdik. İkinci hissədə özümüzə gəldik. Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki "Bakı" mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir".
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Bizim üçün nəticə qazanmaq əsas idi. Rəqibi topsuz qoyduq. Bir-birindən baxımlı 3 qol vurduq, düşünülmüş hücumlar təşkil etdik. "Bakı" sürətli futbola üstünlük verir. Rəqib ikinci hissədə daha yaxşı oynadı, qol epizodları yaratdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB