Topaz Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran"la qarşılaşan "Rəvan" güclü rəqibi ilə oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Siasport.az saytı hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:
Vladislav Qədirov, "Rəvan" klubunun baş məşqçisi: "Oyun gərgin idman mübarizəsi şəraitində keçdi. "Xəzər Lənkəran"ın güclü hücum xətti var. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandama oyuna görə təşəkkür edirəm. Xüsusən də, İvan Pexa zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə apardı. Rəqib komandanın da qol imkanları oldu. Çempionatda zəif komanda yoxdur. Heç-heçəyə görə məyusam".
Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Çoxdandır futboldayam, 35 ildə belə bir şey görməmişəm. Çoxlu qol imkanlarımız oldu, bu qədər epizodla 5 oyunda qələbə qazana bilərdik. Sanki top qapıdan keçmək istəmirdi. İki xal itirdiyimizi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB