Kaxaber Sxadadze: "Hesab daha böyük ola bilərdi"

Kaxaber Sxadadze: "Hesab daha böyük ola bilərdi"

Topaz Premyer Liqasının 9-cu turunda "İnter" səfər oyununda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Turnir cədvəlində bir pillə irəliləyən bakılılar cari mövsümdə ilk dövrənin bütün oyunlarında qol vuran yeganə komanda olub. Siasport.az saytı hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. "İnter"də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər. Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən kənarda qalmışdı. O, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə bir neçə oyunda əsas heyətdə meydana çıxdı. Futbolçu yorğun olduğu üçün ehtiyatdadır".

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Bakı" və "Xəzər Lənkəran"a qarşı keçirdiyimiz uğurlu oyunlardan sonra bu görüşdə də qalib gəlməli idik. Bu cür stadionda oynamaq olmaz, meydança bərbad vəziyyətdə idi. Buna baxmayaraq, oyunumuzu yaxşı qurduq, əsas odur ki, qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Mövsümün əvvəlindəki şok vəziyyətindən çıxdığımızı düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə