Topaz Premyer Liqasının 9-cu turunda Qəbələyə səfər edən "Neftçi" turnir cədvəlinin lideri olan "Qəbələ"ni məğlub edərək ilk pilləyə yüksəlib - 2:1. Siasport.az saytı hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:
Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda "Sumqayıt" və "Qarabağ"la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük. Əsas məqsədimiz qələbə qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. "Qəbələ" bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Qələbə qazandığımız üçün şadam".
Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Oyuna yaxşı başladıq, ilk 20 dəqiqədə üstün oynadıq. Sonra isə "Neftçi" oyunda dönüş etdi. Rəqib topa daha çox nəzarət etdi, bəzən bizi topsuz qoydu. Bir sıra ötürmələrdə əsassız səhvlər etdik. Buna görə də yekunda "Neftçi" qalib gəldi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB