"Qalatasaray"ın ulduz futbolçusu Umut Bulut, UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu, "Yuventus"un qapısına vurduğu qol ilə diqqətləri üzərinə çəkməklə yanaşı, həm də Çempionlar Liqasında Leonel Messi və Kriştiyanu Ronaldonu da arxada qoyub. Belə ki, U.Bulut həm Madrid "Real"ı ilə keçirilən qarşılaşmada, həm də "Yuventus"la oyunda sonradan oyuna daxil olmaqla cəmi 14 dəqiqəyə qol vurmaqla adıçəkilən dünya ulduzlarını geridə qoyub. Məsələ burasındadır ki, həm L.Messi, həm də K.Ronaldo meydana daxil olandan cəmi 32 və 36 dəqiqə sonra fərqlənməyi bacarıblar. Amma türkiyəli futbolçu hər iki ulduz futbolçunu arxada qoya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB