"Araz" Belçika klubunu məğlub etdi

"Araz" Belçika klubunu məğlub etdi

Futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində mübarizə aparan təmsilçimiz "Araz" ikinci oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Belçikanın "Şatelino" klubu ilə qarşılaşan futzalçılarımız 3:1 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, turnirdəki ilk oyunda "Araz" Yunanıstanın "Atina 90" komandasını 5:1 hesabı ilə məğlub etmişdi.

"Araz" qrupda son oyununu oktyabrın 5-də Rumıniyanın "Targu Mures" komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə