Milinko Pantiç: “Meydanda öz oyunumuzu göstərəcəyik"

Milinko Pantiç: “Meydanda öz oyunumuzu göstərəcəyik"

"Meydanda öz oyunumuzu göstərəcəyik. Qarşılaşmaya çox ciddi hazırlaşdığımızı deməliyəm". Siasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Qarabağ"la oyun öncəsi deyib. O, matça qələbə üçün çıxacaqlarını qeyd edib: "Qarabağ" köklü komanda olmaqla xüsusi çəkiyə malikdir. Rəqib komandanın futbolçuları xeyli vaxtdır bir-birinə uyğunlaşıb. Bununla belə, biz məşqçilər, futbolçular, ümumilikdə bir komanda olaraq "Qarabağ" klubundan 3 xal qoparmağa çalışacağıq. Onlar güclü olmaqla favoritdilər. Amma bu o demək deyil ki, rəqib qələbə qazanmalıdır. Oyunda 100 yox, 150 faiz güclü çıxış edəcəyik ki, qalib gələk. Başqa qüvvələrdən yox, aparıcı futbolçulardan istifadə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə