"Bakı" “Qarabağ”la oyun öncəsi son məşqini keçirib

"Bakı" “Qarabağ”la oyun öncəsi son məşqini keçirib

Ötən tur "Sumqayıt" üzərində 1:0 hesabı ilə qələbə qazanan "Bakı" bu gün Topaz Premyer Liqasının 9-cu tur çərçivəsində "Qarabağ"ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, komanda artıq oyunöncəsi son məşqini də keçirib.

Dünən isinmə hərəkətləri ilə başlayan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığı yaddan çıxartmayan baş məşqçi Milinko Pantiç yetirmələrinə düzülmüş maneələrdən sürətli keçmək tapşırığını da verib. Saat yarım sürən məşqin son bölümü uzun ötürmələr, qapıya asmalar və ikili hücumlarla başa çatıb.

Ancaq hələ də Elvin Əliyevlə Vüqar Mustafayev kollektivdən ayrı çalışır. Ambulator müalicə alan Mario Rubio isə məşqdə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə