"Rubin" rəqibini darmadağın etdi!

"Rubin" rəqibini darmadağın etdi!

Dünən axşam futbol üzrə UEFA Avropa Liqasında qrup oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, Ruslan Abışovun heyətində çıxış etdiyi Kazan "Rubin"i Belçikanın "Zul Varegem" klubunu 4:0 hesabı ilə darmadağın edib. Bundan başqa, "Kuban" ispaniya təmsilçisi "Valensiya"ya 0:2 hesabı ilə məğlub olub. Başqa bir rus klubu olan "Anji" isə, öz meydanında İngiltərə "Tottenhem"inə 2 cavabsız qol ilə məğlub olub.

21:00. "Kuban" (Rusiya) - "Valensiya" (İspaniya) - 0:2
Qollar: Alkaser, 73 (0:1), Feqouli, 81 (0:2)

"Anji" (Rusiya) - "Tottenhem" (İngiltərə) - 0:2
Qollar:
Defo, 34 (0:1), Şadli, 40 (0:2)

21:00. "Rubin" (Rusiya) - "Zulte Varegem" (Belçika) - 4:0

Qollar: Duplus, 60-avtoqol (1:0), Eremenko, 73 (2:0), Ryazantsev, 81 (3:0), Natxo, 89 (4:0)

Bütün xəbərlər Facebook səhifəmizdə