Futzal üzrə Azərbaycan çempionu "Araz" komandası UEFA Kubokunun əsas raundu çərçivəsində Yunanıstanın "Afina" komandası ilə ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Araz" komandası 5:1 hesabı ilə qalib gəlib.
Altıncı qrupun Rumıniyada keçirilən digər qarşılaşmasında yerli "Tırqu-Mureş" və Belçikanın "Şatelino" komandaları üz-üzə gəlib. Oyun 6:6 hesabı ilə heç-heçə nəticələnib.
Beləliklə, "Araz" komandası qrupun lideri olub. "Araz" növbəti görüşünü "Şatelino" ilə keçirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB