AFFA "lipa" futbolçunu cəzalandırdı, klubunu cərimələdi

AFFA "lipa" futbolçunu cəzalandırdı, klubunu cərimələdi

İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

30 sentyabr 2013-cü il U-17 Liqanın "İnter" - "Qəbələ" matçının 40+1-ci dəqiqəsində "İnter" klubunun 15 №-li futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 40+2-ci dəqiqəsində "İnter" klubunun 5 №-li futbolçusu Kənan Həsənov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

"Qəbələ" klubunun 9 №-li futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olması (yaşının azaldılması) aşkar edilmişdir. Bu səbəbdən də, "Qəbələ" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilir (belə halların yenidən baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir) və klub 1000 manat cərimə olunur (maddə 46, maddə 51).

Bütün xəbərlər Facebook səhifəmizdə