"Simurq" hazırlıqları davam etdirir

"Simurq" hazırlıqları davam etdirir

Ötən tur "Şəfa" stadionunda meydanda bir nəfər az qalmasına baxmayaraq, hazırki turnir cədvəlinin lideri ilə qolsuz heç-heçə edən "Simurq" növbəti oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, bu görüşdən sonra yetirmələrinə istirahət verməyən Georgi Çixradze futbolçularını AZAL-la görüşdə qələbəyə kökləməyə çalışır. Hər gün "Şəfa" stadionunda məşqlərini davam etdirən Zaqatala təmsilçisi əsasən takitiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır. Bu gün "Simurq" qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da sonuncu məşqinə çıxacaq.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirirlər.

Qeyd edək ki, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək AZAL - "Simurq" oyunu oktyabrın 4-də, saat 18:00-da, "AZAL Arena"da baş tutacaq. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə