"Belə çıxış edəcəyimi özüm də gözləmirdim. Çünki 7 ay ərzində hazırlıq prosesindən kənarda qalmışdım və duet ortağımı dəyişmişdim. Uzun illərdən bəri birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləyib". Siasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşü beşinci yerdə başa vurmuş Sergey Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
Yeni duet ortağının 18 yaşında olduğunu və bu il yeniyetmələr arasında keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurduğunu bildirən Sergey Bezuqlıy qeyd edib ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışan Aleksey Kupinə böyük ümidlər bəsləyir.
Sergey Bezuqlıy London Olimpiadasının finalını şərh edərkən belə deyib: "Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda hərdən bəxt amili də rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir."
Xatırladaq ki, 2012-ci ilin London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və dördüncü yerlə kifayətləndilər. Bir müddət istirahət edən Sergey Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib. Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB