Bakı Metropoliteni Azərbaycan - Rusiya oyununun azarkeşləri üçün bir günlük iş vaxtını uzadacaq

Bakı Metropoliteni Azərbaycan - Rusiya oyununun azarkeşləri üçün bir günlük iş vaxtını uzadacaq

Xəbər verdiyimiz kimi, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Rusiya oyunu qrup mərhələsində sonuncu qarşılaşmalar olduğuna görə, FİFA-nın qərarı ilə görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı sentyabrın 13-də Bakı Metropoliteninin rəhbərliyinə müraciət edib. Artıq metropolitendən AFFA-ya rəsmi məktub daxil olub. Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun imzası ilə daxil olan sənəddə qeyd edilir ki, oktyabrın 15-dən 16-na keçən gecə Azərbaycan - Rusiya oyununun azarkeşləri tam daşınana qədər Bakı Metropoliteninin stansiyaları sərnişinlərin girişi və çıxışı üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə