Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq və bu oyunlara hazırlıq məqsədilə oktyabrın 5-dən 15-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" futbol klubunun üzvü Anar Nəzirov da millinin düşərgəsinə dəvət alıb. Komandanın hücumçusu Pərdis Fərcad-Azadın adı isə ehtiyat heyətə salınıb.
Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktaybrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının da heyəti açıqlanıb. "Sumqayıt"ın 4 futbolçusu - Nurlan Novruzov, Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev U-21-ə dəvət alıb.
Orxan Əliyev və Ruslan Nəsirli isə U-19-un düşərgəsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB