Azərbaycan gimnastları Qran-pri turnirində iştirak edəcəklər

Azərbaycan gimnastları Qran-pri turnirində iştirak edəcəklər

Oktyabrın 5-6-da Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-pri turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı iki gimnast təmsil edəcək. Məşqçi Anastasiya Prasolovanın başçılığı altında Lalə Yusifova və Marina Durunda birincilik uğrunda mübarizə aparacaqlar.
Hakimlər korpusunda ölkəmizi Natalya Bulanova təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə